BAKI, 15 may. TELEQRAF

İyunun 23-də "Yevlax Sərnişin" ASC-nin idarə heyətinə yeni sədrin seçilməsi üçün səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Teleqraf xəbər verir ki, ASC 1999-cu ildə dövlət qeydiyyatına alınıb.

Şirkətin nizamnamə kapitalı 186 min 420 manat, qanuni təmsilçisi Aləm Musayevdir. Səhmdar cəmiyyətinin hazırda dövlətə 20 min 461.82 manat vergi borcu mövcuddur.