BAKI, 30 yanvar. TELEQRAF
2025-ci ilin yanvar-dekabr aylarında “Baku Steel Company” QSC 61,7 milyon ABŞ dollar dəyərində məhsul ixrac edib.
Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın sayında qeyd olunub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% azalma deməkdir.
Xatırladaq ki, QSC tərəfindən 2024-cü ilin yanvar-dekabr aylarında 65 milyon dollarlıq məhsul ixrac edilib.