BAKI, 13 dekabr. TELEQRAF

Azərbaycanın ilk milli tankeri “Laçın” ilə istismara verildiyi vaxtdan indiyədək 464 093 ton neft və neft məhsulu daşınıb.

Teleqraf xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) məlumat yayıb.

Bildirilib ki, gəmi ilə ötən 6 il ərzində müxtəlif limanlara ümumilikdə 94 səfər həyata keçirib. Son bir ildə isə gəmi 48 958,323 ton yükü təyinat limanına çatdırıb.

Qeyd edək ki, Bakı Gəmiqayırma Zavodunda inşa olunan “Laçın” tankeri 13 dekabr 2019-cu ildə istismara verilib. Tankerin ümumi tutumu 9 190 kubmetr olan altı yük tankına malikdir. Gəminin dedveyti dənizdə 7 884 ton, çayda 5 455 ton təşkil edir. Uzunluğu 141 metr, eni 16,9 metr olan tanker saatda 10 dəniz düyünü sürətlə hərəkət edir.