BAKI, 3 dekabr. TELEQRAF
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Bakıda növbəti güzəştli mənzil satışı başa çatıb.
Teleqraf xəbər verir ki, Bakının Binəqədi rayonunda və Hövsan qəsəbəsində, Sumqayıt Lənkəran, Şirvan və Yevlaxda keçirilən güzəştli mənzil satışı prosesində 627 mənzil üçün seçim həyata keçirilib.
***
11:00
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) güzəştli mənzillərin satışı üzrə elan olunmuş seçmə mərhələsi başlayıb.
Teleqraf xəbər verir ki, ümumilikdə 627 mənzilin satışı planlaşdırılıb.
Mənzillər aşağıdakı yaşayış kompleksləri üzrədir:
Hövsan Yaşayış Kompleksi – I mərhələ üzrə 1 mənzil, II mərhələ üzrə 7 mənzil
Birinci mərhələsi üzrə: 2 otaqlı mənzilin qiyməti – 54 815 manatdır.
İkinci mərhələsi üzrə: 4 otaqlı mənzillərin qiyməti – 94 050 manatdır.
Sumqayıt Yaşayış Kompleksi – 10 mənzil
Studio tipli mənzillərin qiyməti – 50 200 manat,
4 otaqlı mənzillərin qiyməti – 105 800 manatdan başlayır.
Lənkəran Yaşayış Kompleksi – 10 mənzil
3 otaqlı mənzilin qiyməti – 61 965 manat,
4 otaqlı mənzillərin qiyməti – 84 150 manatdan başlayır.
Binəqədi Yaşayış Kompleksi – 204 mənzil
Studio tipli mənzillərin qiyməti – 48 120 manat,
2 otaqlı mənzillərin qiyməti – 69 240 manat,
3 otaqlı mənzillərin qiyməti – 87 480 manat,
4 otaqlı mənzillərin qiyməti – 118 800 manatdan başlayır.
Şirvan Yaşayış Kompleksi – 216 mənzil
2 otaqlı mənzillərin qiyməti – 54 815 manat,
3 otaqlı mənzillərin qiyməti – 69 160 manat,
4 otaqlı mənzillərin qiyməti – 93 765 manatdır.
Yevlax Yaşayış Kompleksi – 179 mənzil
Studio tipli mənzillərin qiyməti – 41 040 manat,
1 otaqlı mənzillərin qiyməti – 43 225 manat,
2 otaqlı mənzillərin qiyməti – 55 575 manatdan başlayır,
3 otaqlı mənzillərin qiyməti – 70 490 manatdan başlayır,
4 otaqlı mənzillərin qiyməti – 103 740 manatdır.