BAKI, 2 dekabr. TELEQRAF
Bu gün Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 40 nəqliyyat vasitəsi satılıb.
Qurumdan Teleqraf-a verilən məlumata görə, start qiyməti 6.500 manat olan “Mercedes Benz S320” markalı avtomobil 15.800 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Dövlət əmlakı üzrə növbəti hərraclar 9, 16, 18 və 23 dekabr tarixlərində keçiriləcək.