BAKI, 2 dekabr. TELEQRAF

ADY artan sərnişin tələbatını təmin etmək məqsədilə dekabrın 5, 6 və 7-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Bu barədə Teleqraf-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək mümkündür.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.