BAKI, 2 dekabr. TELEQRAF
Mərkəzi Bank “Qala-Həyat” Sığorta Şirkəti ASC və “Azərbaycan Sənaye Sığorta” ASC-yə icrası məcburi göstəriş verib.
Teleqraf xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Belə ki, tənzimləyici tərəfindən hər iki sığorta şirkətinə “Sığortaçılarda korporativ idarəetmə Standartları”na əməl olunmaması ilə əlaqədar olaraq icrası məcburi olan göstərişlər verilib.