BAKI, 2 dekabr. TELEQRAF
Azərbaycanla Koreya Respublikasının maliyyə sektorları arasında əməkdaşlıq və təcrübə mübadiləsi genişləndiriləcək.
AMB-dən Teleqraf-a verilən məlumata görə, Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Koreya Respublikasına işgüzar səfəri başlayıb.
Səfər çərçivəsində Koreyanın maliyyə nəzarəti qurumları ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Görüşlərdə makroiqtisadi vəziyyət, maliyyə sektorunda tənzimləyici çərçivələrin təkmilləşdirilməsi, texnoloji yeniliklər və digər məsələlərin müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, səfərin məqsədi iki ölkənin maliyyə sektorları arasında əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsindən ibarətdir.