BAKI, 24 avqust. TELEQRAF
Türkiyənin “Trabzonspor” klubu braziliyalı futbolçu Fabinyonu transfer edib.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 32 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçmək, həmçinin rəsmi müqaviləyə imza atmaq üçün bu gün saat 11:30-da Trabzona gələcək.
Fabinyo daha əvvəl “Real Madrid”in ikinci komandası “Real Kastilya”, “Rio Ave”, “Monako”, “Liverpul” və Səudiyyə Ərəbistanının “Al-İttihad” klublarında çıxış edib.