BAKI, 20 fevral. TELEQRAF

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının fəaliyyət istiqamətləri genişləndirilir.

Teleqraf xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bu gün keçirilən Ümumi Yığıncaqda federasiyanın adının Azərbaycan Su İdman Növləri Federasiyasına dəyişdirilməsi ilə bağlı qərar qəbul olunub.

Qeyd edək ki, sözügedən federasiyanın prezidenti "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovdur.