BAKI, 14 avqust. TELEQRAF
Gənclər və İdman Nazirliyi İdman haqqında qanun üzərində işləyir.
Teleqraf xəbər verir ki, bu barədə ASAN TV-yə müsahibəsində nazir Fərid Qayıbov məlumat verib.
O, ilin sonunadək qanunun layihəsini bitirərək Milli Məclisə təqdim etməyə çalışacaqlarını bildirib: “Bu asan bir iş deyil, amma olmalıdır. Bizim bəlli bir strategiyamız var, bunu həyata keçirmək üçün bəzi dəyişikliklər etməliyik. Düşünürük ki, bu qanun dəyişilməlidir”.