BAKI, 19 fevral. TELEQRAF
Fevralın 18-də "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodunun sexlərinin birində istehsalat qəzası baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.
Qəza nəticəsində xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.