BAKI, 17 fevral. TELEQRAF
Fevralın 16-da saat 17:30 radələrində Füzuli rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 6 nəfər (4-ü kişi, 2-si qadın olmaqla) Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsayılı travması diaqnozu təyin olunub.
"Xəsarət alan şəxslərdən 2002-ci il təvəllüdlü şəxs (kişi) Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.
4 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 1981-ci il təvəllüdlü şəxsin (qadın) bioloji ölüm faktı qeydə alınıb", - məlumatda qeyd olunub.
Məryəm Surxay
***
23:10
FÜZULİ, 16 fevral. TELEQRAF
Füzulidə baş verən qəza zamanı 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza hadisəsi rayonun Kərimbəyli kəndi ərazisində baş verib.
Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili "Qazel" markalı yük avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilində olan 1 nəfər sərnişin - 1981-ci il təvəllüdlü Beyləqan rayonunun Mil qəsəbə sakini Mirzəyeva Tərgül Allahyar qızı ölüb, 4 nəfər ağır xəsarət alıb.
Xəsarət alanlar bunlardır; minik avtomobilinin sürücüsü Qardaşxanov Bakir Yunis oğlu və avtomobildə olan sərnişinlər Ağalarzadə Rauf Vüqar oğlu, Qalsanov Sərvan Mahmud oğlu, Atakişiyeva Brilyant Təbriz qızı.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.