BAKI, 7 yanvar. TELEQRAF

Füzuli Rayon Mərkəzi Xəstəxanası Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində minaya düşmüş Rəşad Məmmədovun vəziyyətini açıqlayıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, məlumatda deyilir ki, 7 yanvar 2026-cı il tarixində saat 13:00 radələrində Cəbrayıl rayonda baş verən mina partlayışı səbəbilə xəsarət alan 1985-ci il təvəllüdlü şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona sağ diz oynağının açıq yarası, sağ baldırın yuxarı və aşağı 1/3 açıq yarası, hər iki budun açıq yaraları, qarnın ön divarının açıq yaraları diaqnozu təyin edilib.

Hazırda müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyəti orta-ağır qiymətləndirilir.

***

14:36

İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində 2026-cı il 7 yanvar tarixində mina hadisəsi baș verib.

Bu barədə Teleqraf-a Minatəmizləmə Agentliyindən məlumat verilib.

Bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Nəriman oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində Məmmədov Rəşad ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.

Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.