BAKI, 14 noyabr. TELEQRAF
Xaricdə yaşayan Altay Göyüşov Baş Prokurorluğa çağırılıb.
Teleqraf-ın xəbərinə görə, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən Altay Göyüşova Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.
Məlumatda cinayət prosesini həyata keçirən orqanın adı və ünvanı qeyd olunub.
Təqsirləndirilən şəxs 1965-ci il təvəllüdlü Altay Rəşid oğlu Göyüşovdur.
Ona izah edilir ki, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 21 noyabr 2025-ci il tarixdə 12:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Azərbaycanın Baş Prokurorluğun İstintaq Baş İdarəsinin inzibati binasına gəlməlidir.
Təqsirləndirilən şəxsə münasibətdə ittihamın mahiyyəti ondan ibarətdir ki, 252006069 saylı cinayət işi üzrə 23 fevral 2025-ci il tarixdə Altay Göyüşovun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaq orqanından qaçaraq Azərbaycanın hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı həmin tarixdə axtarış elan edilib.
Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
18 sentyabr 2025-ci il tarixdə ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək Sevinc Mirzəyeva barəsində Azərbaycan Cinayət Məcəlləsinin 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Həmin qərara əsasən, onun qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviq etməklə 20 aprel 2020-ci il tarixdə hakimiyyəti zorla ələ keçirilməsinə yönələn qəsdən açıq çağırışlar etməsinə və bu cür məzmunlu videoları youtube internet portalında "Düz danışaq" adlı kanal vasitəsi ilə yaymasına, habelə "feysbuk" internet sosil şəbəkəsində Altay Göyüşov adlı səhfədə 2 sentyabr 2024-cü il və 1 yanvar 2025-ci il tarixlərində insanların iradəsinə təsir edib, onların Azərbaycan respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviq etməyə çıxmaqla bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn təkrar çağırışlar etməsinə və bu cür videoları qeyri məhud şəxslərin baxa biləcəyi internet resusları vasitəsi ilə təkrarən yaymasına əsalı şübhələr müəyyən edilib.
Təqsirləndirilən şəxsə izah edilir ki, Cinayət-Prosessual Məcəlləsinin 467-13.3-cü maddəsinə əsasən ibtidai istintaqda iştirak etmək, özünün seçimi əsasında müdafiəçi ilə təmin olunmaq və digər prosessual qaydalara malikdir. Müdafiəçidən istifadə etdiyi halda onunla bağlı məlumatları istintaq orqanına göndərməlidir.
Qiyabi icraatın açıla bilcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Altay Göyüşova xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla bilər və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.