BAKI, 24 sentyabr. TELEQRAF

Siyəzən stansiyasından 134 km şimal-şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

Teleqraf Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yerli vaxtla saat 03:34-də qeydə alınan zəlzələnin maqnitudası 3 olub.

Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.