BAKI, 22 sentyabr. TELEQRAF
2025-ci ilin ikinci Günəş tutulması hadisəsi başa çatıb.
Teleqraf xəbər verir ki, qismən tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edib.
***
21:37
Sentyabrın 21-də saat 21:29-da ilin ikinci Günəş tutulması başlayıb. Bu, qismən Günəş tutulmasıdır.
Teleqraf xəbər verir ki, tutulma hadisəsi sentyabrın 22-si saat 01:53-də sona çatacaq. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43-də olacaq.
Tutulma hadisəsi Sakit okean, Yeni Zelandiya və Antarktidada görünəcək, lakin Azərbaycan ərazisindən müşahidə olunmayacaq.