BAKI, 22 avqust. TELEQRAF
2025-ci ilin birinci yarımili ərzində respublika ərazisində ümumilikdə 9294 təbii və texnogen mənşəli hadisə baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2244 hadisə və ya 39% çoxdur.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 36 nəfər həlak olub, 132 nəfər xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 30 nəfər xilas edilib, 395 nəfər təxliyə olub.