GƏNCƏ, 21 avqust. TELEQRAF

Gəncədə tikinti-bərpa işləri aparılan ərazidə quraşdırılan dəmir konstruksiyanın aşması nəticəsində biri azyaşlı olmaqla, üç nəfər xəsarət alıb.

Teleqraf-ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Bildirilir ki, binaların üzlüyünün yenilənməsi zamanı quraşdırılmış dəmir konstruksiya birdən aşaraq insanların üzərinə düşüb.

İlkin ehtimallara görə, xəsarət alan şəxslər həmin ərazidən keçiblər.

Hadisə iə bağlı araşdırma davam edir.