AĞDƏRƏ, 21 avqust. TELEQRAF

Ağdərədə baş verən yanğın genişlənərək Ağdam ərazisinə keçib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün səhər saatlarından Ağdərə şəhər ərazisində dağlıq ərazidəki meşə massivində baş verən yanğının alovu genişlənərək Ağdam rayon Papravənd kəndi ərazisinə çatıb. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar hadisə yerinə FHN-nin Ağdam yanğınsöndürən bölməsinin 2 avtomobili ilə əməkdaşları və Ağcabədi rayon yanğınsöndürən bölməsinin 1 avtomobili və şəxsi heyyətinin cəlb olunub.

Hazırda yanğın genişlənməkdə davam edir.

***

15:36

Ağdərə şəhər dağlıq ərazilərindəki meşə massivində baş verən yanğına helikopterlər cəlb olunub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, baş verən yanğının alovu genişlənərək ətraf ərazilərə yayılıb.

Bu səbəbdən əraziyə FHN-in Ağdərə və Tərtər rayon yanğınsöndürmə briqadalarının əməkdaşları cəlb olunub, havadan isə Aviasiya dəstəsinin helikopterləri yanğının söndürülməsinə çalışır.

Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam edir.

***

12:12

Ağdərədə yanğın başlayıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yanğın Ağdərə şəhər ərazində dağlıq ərazidə yerləşən meşə massivində başlayıb.

Yanğın baş verən əraziyə FHN-nin Ağdərə rayon yanğınsöndürən briqadasının texnikası və əməkdaşları cəlb edilib.

Hazırda yanğın davam edir.