BAKI, 21 avqust. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Qazax rayonu, Heydər Əliyev küçəsində köhnə xalça sexinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində açıq ərazidə 500 kv.m. sahədə quru ot və kol-kos yanıb, yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.