BAKI, 21 avqust. TELEQRAF

Xaçmaz rayonunun Nabran kəndində yanğın olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 500 m² (hər mərtəbəsi 250 m²) olan ikimərtəbəli taxta və dəmir konstruksiyadan ibarət kottec yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.