BAKI, 21 avqust. TELEQRAF

Türkiyənin Kayseri şəhərində 44 nəfər sərnişinin olduğu avtobus qəzaya uğrayıb.

Teleqraf xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, 13 nəfər isə xəsarət alıb.

Qəza Kayseri-Niğde avtomobil yolunda qeydə alınıb.

Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus iki yolun ortasındakı betona və ağaclara çırpılıb.

Xəsarət alanlar ətraf xəstəxanalara yerləşdirilib.