BAKI, 20 avqust. TELEQRAF

Gədəbəy rayonunun Zəhmətkənd kəndində yanğın olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 150 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə və damına yığılan 6 ton ot bağlaması yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.