GƏNCƏ, 31 iyul. TELEQRAF

Ötən gün Gəncədə baş verən hadisə ilə bağlı şübhəli şəxs saxlınıb.

Teleqraf xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində M. Abbasova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 40 yaşlı Samir Məmmədov saxlanılarq istintaqa təhvil verilib.

Xatırladaq ki, hadisə keçmiş "Metallurq" İdman Kompleksinin həyətində qeydə alınıb.

***

31 iyul, saat 19:05

Gəncədə iki nəfərin kəsici alətlə xəsarət yetirilməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə keçmiş "Metallurq" İdman Kompleksinin həyətində qeydə alınıb.

İlkin məlumata görə, tanışlar arasında baş verən mübahisə davaya çevrilib.

Nəticədə 1985-ci il təvəllüdlü Mirkazım Abbasov və 1976-cı il təvəllüdlü Namiq Əliyev kəsici alətlərlə yetirilən xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hazırda onların müalicəsi davam etdirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparır.

***

18:42

Gəncə şəhərində iki nəfərə kəsici alətlə xəsarət yeririlib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, xəsarət alan 1985-ci il təvəllüdlü Mirkazım Abbasov və 1976-cı il təvəllüdlü Namiq Əliyev xəstəxanaya yerləşdirilib.

Hazırda onların müalicəsi davam edir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.