GƏNCƏ, 23 iyul. TELEQRAF

Axtarışda olan, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Fərid Məmmədov Gəncə şəhərində saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərərək qaçmağa cəhd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teleqraf-a bildirilib ki, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq etməklə cəhdin qarşısı alınıb.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

***

19:06

GƏNCƏ, 23 iyul. TELEQRAF

Gəncədə güllələnmə hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.

Gəncə şəhər sakini Məmmədov Fərid Elçin oğlu aldığı güllə yarası ilə yaxınlıqda yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, araşdırma aparılır.