BAKI, 20 iyul. TELEQRAF

Laçında evakuator üzərində daşınan asfaltbasan maşını dərəyə aşıb.

Teleqrafın yerli bürosunun məlumatına görə, hadisə rayonun Pircahan kəndi ərazisində baş verib.

Belə ki, “Mercedes” markalı evakuator üzərində olan üç ədəd ağır tonnajlı texnika ilə hərəkətdə olarkən döngəyə daxil olan zaman asfaltbasan maşın dərəyə aşıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda texnikanın dərədən çıxarılması istiqamətində işlər aparılır.