BAKI, 13 iyul. TELEQRAF
Ankarada hündürmərtəbəli binada baş verən yanğın zamanı azı 3 nəfər ölüb, 27 sakin xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə “İhlas” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, yanğın 26 mərtəbəli binanın 4-cü mərtəbəsində hələlik məlum olmayan səbəbdən başlayıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis, tibb işçiləri qrupları göndərilib.
Yanğın zamanı ölənlərdən biri 4 aylıq körpə olub. Xəsarət alanlardan isə 7-si yanğınsöndürəndir.
Bina sakinləri yanğınsöndürənlər tərəfindən təxliyə edilib.