AĞDAM, 9 iyul. TELEQRAF
Ağdam-Füzuli avtomobil yolunda xəsarət alanların 19 nəfəri evə buraxılıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bunu Ağdam Mərkəzi Rayon Xəstəxanasının Təcili-tibbi yardım şöbəsinin müdiri Nofəl Zeynalov bildirib.
Onun sözlərinə görə, iyulun 9-da saat təqribən 09:10 radələrində Ağdam Mərkəzi Rayon Xəstəxanasının qəbul şöbəsinə 19-u qadın, 2-si kişi olmaqla 21 nəfər xəsarətlə müraciət edib:
"Gələrkən ilkin şikayətləri bədənin müxtəlif nayihələrinin kəsilmiş yarası, texniki yanıqlar və küt travmaları idi. Xəstələrə ilkin tibbi müdaxilələr olundu, yara sahələri tikildi, yanıq sahələrinə sarğılar olundu. Daha sonra xəstələr digər müayinələrə göndərildikdən sonra 19 nəfəri evə buraxılıb. Digər 2 xəstə isə Goranboy Rayon Xəstəxanasına kompüter tomoqrafiyasına aparılıb".