ŞƏMKİR, 8 iyul. TELEQRAF

Gədəbəy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

Şəmkir rayon Atabəy kənd sakini 1961-ci il təvəllüdlü Vidadi Həsənovun idarə etdiyi "Niva" markalı avtomobil digər maşınla toqquşub.

Qəza zamanı sürücü və avtomobildə olan digər sərnişin 1962-ci il təvəllüdlü Əhliman Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki şəxs Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyətləri kafidir.