BAKI, 30 iyun. TELEQRAF

Şəmkir rayonunun Könüllü kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.