SAMUX, 27 iyun. TELEQRAF

Samuxda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə "Aznixi dairəsi" adlanan ərazidə baş verib.

İlkin məlumata görə, "Opel" markalı avtomobil "Kamaz"la toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.