BAKI, 13 iyun. TELEQRAF
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə Teleqraf-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
İyunun 6-da Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində 1964-cü il təvəllüdlü Miribrahim Seyidovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1999-cu il təvəllüdlü Məhəmmədəli Muradovun Miribrahim Seyidovu bıçaqla xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Məhəmmədəli Muradov iş üzrə şübhəli şəxs qismində tutulub.