
BƏRDƏ, 10 iyun. TELEQRAF
Bərdə rayonunda paltar asarkən eyvandan yıxılan qadının son durumu açıqlanıb.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından Teleqraf-ın yerli bürosuna bildirilib ki, 1975-ci il təvəllüdlü şəxs (qadın cinsli) günorta saatlarında tibb müəssisələrinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Məlumata görə, ona sağ çənə şaxəsinin, sağ qasıq oturaq sümüklərinin, hər iki budun yerdəyişmiş sınıqları, kəllə-beyin travması, travmatik şok (III dərəcə) diaqnozları qoyulub.
"Pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır stabildir", - xəstəxanadan qeyd olunub.
***
19.05
Bərdədə 50 yaşlı qadın paltar asarkən yaşayış binasının üçüncü mərtəbəsindən yıxılıb.
Teleqraf-ın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun məcburi köçkünlərin məskunlaşdığı 588 saylı qəsəbəsində qeydə alınıb.
1975-ci il təvəllüdlü Vəzifə Hümbətova yaşadığı evin eyvanında ipə paltar asarkən ehtiyatsızlıqdan üçüncü mərtəbədən yıxılıb.
Yaralı Bərdə Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı rayon prokrorluğunda araşdırma aparılır.