BAKI, 9 iyun. TELEQRAF

Bu gün saat 11:45 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2010 və 1953-cü il təvəllüdlü iki nəfər (kişi cinsli) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara başın təpə nahiyəsinin dərin kəsilmiş yarası və dəqiqləşdirilməmiş travması diaqnozu təyin edilib.

"Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir", - məlumatda qeyd edilib.

Məryəm Surxay

***

19:59

GORANBOY, 9 iyun. TELEQRAF

Goranboyda ağır qəza baş verib, avtomobil evə çırpılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Ağcakənd istiqamətində baş verib.

İlkin məlumata görə, "KİA" markalı avtomobil evə çırpılıb.

Nəticədə iki nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır. Xəsarət alan şəxslərdən biri Xocalı rayon sakini 1986 cı il təvəllüdlü Ramal Mehdiyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəsarət alan daha bir nəfər isə Bakı şəhər sakini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.