MİNGƏÇEVİR, 6 iyun. TELEQRAF
Mingəçevirdə evlərində ölü tapılan ailə ilə bağlı yeni detallar ortaya çıxıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, onların oğlu bir müddət əvvəl Rusiyada güllələlənibmiş.
Qız övladları isə ərdədir, öz ailəsi ilə yaşayır.
***
18.41.
Mingəçevirdə faciəvi hadisə baş verib.
Teleqraf-ın yerli bürosunun məlumatına görə hadisə şəhərin 20 Yanvar küçəsi, 6 nömrəli ünvanda qeydə alınıb.
Mənzildə 1961-ci il təvəllüdlü Babayev Mustafa və arvadı 1962-ci il təvəllüdlü Babayeva Sayalının meyitləri tapılıb.
İlkin ehtimala əsasən, əvvəl qadın, daha sonra isə kişi dünyasını dəyişib. Hadisənin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.