BAKI, 29 may. TELEQRAF

Sosial şəbəkələrdə Binəqədi rayonu ərazisində təhlükəsizlik kameralarına zərər vurulması ilə bağlı paylaşılan görüntülər araşdırılıb.

Bu barədə Teleqraf-ın sorğusuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov cavab olaraq bildirib.

Məlumatda bildirilir ki, əməli törədən 4 yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilib. Onlar valideynləri ilə birgə ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə dəvət ediliblər.

Həmin şəxslərlə profilaktik söhbət aparılıb və dəyən ziyanın ödənilməsi təmin edilib.