BAKI, 23 may. TELEQRAF

Bərdədə avtomobil vuran tələbə xəstəxanadan evə buraxılıb.

Bu Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, 2003-cü il təvəllüdlü şəxs (kişi cinsli) mayın 23-ü saat 14:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Döş qəfəsinin küt travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan şəxs ambulator müalicə üçün evə buraxılıb", - məlumatda bildirilib.

***

15:00

Bərdədə avtomobil vuran tələbə xəstəxanaya yerləşdirilib.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hərəkətdə olan avtomobil yolu keçmək istəyən Anar Balakişiyevi vurub.

Yaralı Bərdə Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.

A.Balakişiyevin Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanılıb.