BAKI, 21 aprel. TELEQRAF

Böyük Britaniyanın ikinci ən sıx insan yaşayan şəhəri olan Birmingemdə siçovullar küçələri basıb.

Teleqraf xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, siçovullar martın 11-də başlayan kommunal tətil fonunda şəhəri zəbt edib.

Nəşr mağazalarda gəmiricilərə rast gəlindiyini vurğulayır və epidemioloqlar sakinlərin sağlamlığı üçün yüksək riskin olduğunu bildiriblər.