BAKI, 19 aprel. TELEQRAF

Bu gün saat 13:30 radələrində 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) it dişləməsi səbəbi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ona sağ baldırın orta üçdə birinin dişlənmiş yarası diaqnozu təyin edilib.

Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

***

14:25

GORANBOY, 19 aprel. TELEQRAF

Goranboy rayonunda təhlükəli hadisə baş verib.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, Balakürd kəndində yaşayan 2009-cu il təvəllüdlü Sərxan Kərimov küçə itinin hücumuna məruz qalıb.

Hadisə nəticəsində 16 yaşlı yeniyetmə müxtəlif bədən xəsarətləri alıb və dərhal xəstəxanaya aparılıb.

Ona ilkin tibbi yardım göstərilib və hazırda vəziyyəti kafidir.