
BAKI, 8 aprel. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində ayrı-ayrı ünvanlarda 2 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.