BAKI, 27 aprel. TELEQRAF
Rusiya Silahlı Qüvvələrinin generalı Yaroslav Moskalikin öldürülməsində şübhəli bilinən İqnat Kuzin ifadə verib.
Teleqraf xəbər verir ki, onun dindirilmə videosunu Rusiya Federal Təhlükəsizlik Xidməti yayıb.
Səs yazısında kişi özünü İqnat Kuzin kimi təqdim edir və 2023-cü ilin aprelində Kiyev vilayətində “kurator Vadim” tərəfindən işə götürüldüyünü deyir. Həmin ilin payızında o, Moskvaya köçür, 2024-cü ilin noyabrında isə Kuzin Moskalikin yaşadığı binaya köçüb. 2025-ci ilin fevralında İqnat Kuzin maşın alıb və maşına bomba yerləşdirib.
"Partlayış uzaqdan birbaşa kurator Vadim tərəfindən həyata keçirilib" - Kuzin açıqlayıb.
***
20:53
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalikin qətlində şübhəli bilinən İqnat Kuzin Türkiyədə saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, o, Türkiyədə saxlanılaraq Moskvaya gətirilib.
***
20:19
Rusiya Federal Təhlükəsizlik Xidməti Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalikin qətlində şübhəli bilinən şəxsi saxlayıb.
Teleqrf xəbər verir ki, bu barədə “İnterfaks” FSB-nin mətbuat xidmətinə istinadən məlumat yayıb.
İqnat Kuzini adlı şəxs Yaroslav Moskalikin ölümü ilə nəticələnən avtomobil partlayışını təşkil etməkdə şübhəli bilinib.
Qeyd olunur ki, Ukraynada yaşamaq icazəsi olan Kuzin Moskva vilayətində Ukrayna xüsusi xidmət orqanları tərəfindən verilən komponentlərdən istifadə edərək avtomobilə əldəqayırma partlayıcı qurğu quraşdırıb. 25 aprel 2025-ci ildə Moskalik evindən çıxan zaman cihaz Ukrayna ərazisindən işə salınıb.
Saxlanılan şəxs Rusiya Federasiyasının İstintaq Komitəsinə aparılıb. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin “Terror aktı" və "Partlayıcı maddələrin qeyri-qanuni saxlanması" maddələri ilə bağlı cinayət işi açılıb.