YEVLAX, 26 aprel. TELEQRAF
Yevlaxın Dəlləklər kəndində tövlə yanıb.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, yanğın hadisəsi Aqil Əhmədova məxsus tövlədə baş verib.
Hadisə yerinə gələn yanğınsöndürmə briqadası alovu ram edərək, 110 m² olan tövlə sahəsinin 50 m² hissəsini yanğından mühafizə edib. Alovun bürüdüyü əsas hissədə isə yanan konstruksiyalarla yanaşı 4 baş iri buynuzlu heyvan yanaraq tələf olub.
Faktla bağlı araşdırma aparılır.