
BAKI, 18 fevral. TELEQRAF
Azərbaycanda ötən il əcnəbilərin iştirakı ilə törədilən cinayətlərin sayı artıb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd olunub.
Bildirilib ki, 2024-cü il ərzində əcnəbilər tərəfindən və ya onların iştirakı ilə 484 cinayət hadisəsi törədilib ki, bu da əvvəlki ilin göstəricisindən 8,8 faiz çoxdur.