Kot-d'İvuarda tikilməkdə olan məscid uçub.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində azı 8 nəfər ölüb, iki nəfər yaralanıb.

Məlumata görə, məscidin kinci mərtəbəsinin döşəməsi uçub. Xilasetmə xidmətləri hələ də dağıntıları təmizləməkdədir.

Səlahiyyətlilər dini binanın tikintisinin qanuniliyini, onun təhlükəsizlik və etibarlılıq standartlarına uyğunluğunu yoxlayır.