Bakının Nərimanov rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini Rəhman Quliyev saxlanılıb.

Ondan 2 kiloqram 190 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.