Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin Doroqoş kəndini atəşə tutub.

Teleqraf.com xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov teleqram kanalında məlumat verib.

Qladkov hadisə nəticəsində itki olmadığını, iki fərdi təsərrüfatda və bir yardımçı tikilidə müxtəlif dağıntıların olduğunu vurğulayıb.