Bakının Xəzər rayonunda oğurluq olub.

Teleqraf.com xəbər verir ki, Binə qəsəbəsindəki bir ofisin kondisioner mühərrikinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Xəzər rayon Polis İdarəsinin 3-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən, Cinayət Məcəlləsinin 234-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olan Bakı şəhər sakini Fariz Mirzəyev saxlanılıb.