Zaqatalada həmkəndlisinə qarşı quldurluq edən şəxs tutulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Zaqatala rayon polis şöbəsinə rayonun Çobankol kəndi ərazisində naməlum şəxsin kənd sakinlərindən birinə yaxınlaşaraq soyuq silahı onun boğaz nahiyəsinə dayaması, eləcə də 100 manat pulunu və mobil telefonunu zorla alması, daha sonra isə zərərçəkmişi yerə yıxaraq hadisə yerindən yayınması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən qurdurluq əməlini törətməkdə şübhəli bilinən Natiq Əzizov saxlanılıb.

Dindirilmə zamanı N.Əzizov törətdiyi əməli etiraf edərək gecə saatlarında həmkəndlisinin qarşısını kəsdiyini, 100 manat pulunu və 500 manat dəyərində "Samsung" markalı mobil telefonunu ələ keçirdiyini bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində Zaqatala rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.