Bakının Xəzər rayonunda meyit tapılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Xəzər rayonu Mərdəkan qəsəbəsində yeni tikilməkdə olan binaların birinin həyətində kişi meyiti tapılıb.

Təxminən 45-50 yaşlarında olan meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb.

Aparılan araşdırmalarla meyitin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Bu şəxsi tanıyanlardan Xəzər rayon Polis İdarəsinə 012-454-02-02 şəhər və 050-633-45-46 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.